Xəbər lenti

ABŞ terror təşkilatının adını dəyişdirdi
Dünya09:41 22.07.2017

ABŞ terror təşkilatının adını dəyişdirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ Xüsusi Qüvvələr Komandiri general Raymond Tomas PKK-nın Suriya qolu olan YPG-nin adını Suriya Demokratik Qüvvələri olaraq dəyişdirdiklərini açıqlayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ABŞ Türkiyə YPG-ni terror qrupu PKK ilə əlaqədar hesab etdiyi üçün bu təkliflə çıxış etdiklərini və YPG/PYD-nin artıq SDQ adlanacağını bildirib. Raymond "Türkiyə tərəfindən terror təşkilatı ilə əməkdaşlıqda ittiham edilən ABŞ-ın PKK adı daşıyan qrupla əlaqəsi mümkünsüz idi" deyib. 

Qeyd edək ki, ABŞ YPG təşkilatını Suriyada İŞİD-lə mübarizə məqsədilə silah və hərbi texnika ilə təchiz edir.

Gülşən

Qaynarinfo.Az