Xəbər lenti

ABŞ təyyarəsi Fars körfəzində qəzaya uğradı
Dünya10:21 09.04.2013

ABŞ təyyarəsi Fars körfəzində qəzaya uğradı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ Silahlı Qüvvələrinə məxsus iki nəfərlik “F/A-18 Super Hornet” qırıcı təyyarəsi aprelin 8-də Fars körfəzində qəzaya uğrayıb.

APA-nın “Associated Press”ə istinadən məlumatına görə, pilotlar katapultla təyyarənin içərisindən çıxa biliblər. Təyyarə suya “USS Dwight D. Eisenhower (CVN-69)” aviadaşıyıcısının yanında düşüb. Dalğıclar ekipajın hər iki üzvünü xilas edə biliblər. Pilotların heç bir həyati təhlükəsi yoxdur. Qəzaya təyyarənin mühərrikində yaranmış nasazlıq səbəb olub.

Qaynar.info