ABŞ Ukrayna xalqına təxminən 54 milyon dollar əlavə humanitar yardım edəcək.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken "Twitter” səhifəsində yazıb.
"Bu yardım humanitar təşkilatlara onsuz da köməyə ehtiyacı olan Ukrayna vətəndaşlarına və bu yaxınlarda Rusiyanın əsassız və haqsız hücumundan əziyyət çəkənlərə dəstək olmaq imkanı verir", - mesajda deyilir.