Xəbər lenti

ABŞ Ukraynaya “Cavelin”lərdən istifadə izni verdi, ancaq bir şərtlə...
Dünya14:55 09.12.2021

ABŞ Ukraynaya “Cavelin”lərdən istifadə izni verdi, ancaq bir şərtlə...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna ordusunun ABŞ-dan aldığı "Cavelin” tank əleyhinə raket komplekslərindən özünümüdafiə məqsədilə istifadə olunmaq şərti ilə ölkənin istənilən bölgəsində istifadə etmək hüququ var. 
Qaynarinfo "İnterfaks-Ukrayna”ya istinadla xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi xəbərdarlıq edib.
Bundan əlavə, Con Kirbi əlavə edib ki, Vaşinqton Rusiya-Ukrayna sərhədindəki vəziyyətlə əlaqədar Kiyevə əlavə hərbi yardım göndərməyi planlaşdırmır. O, Ukraynaya artıq təsdiq edilmiş 60 milyon dollarlıq dəstək paketini xatırladıb. Onun sözlərinə görə, yaxın günlərdə Kiyev bu dəstəyin sonuncu hissəsini, o cümlədən atıcı silah və sursatları alacaq.
Bundan əvvəl Amerikanın ABC News telekanalının efirində qonadrma "Donetsk Xalq Respublikası” ilə təmas xəttində "Cavelin”lə bağlı kadrlar nümayiş etdirilib və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov onların Donbasda istifadə olunduğunu təsdiqləyib. QUR rəhbərinin sözlərinə görə, Amerikanın raket sistemlərinin və Türkiyənin "Bayraktar” pilotsuz təyyarələrinin mövcudluğu Ukraynanın düşmənləri üçün çəkindirici vasitəyə çevriləcək.
Alpər