Xəbər lenti

ABŞ və İran arasında növbəti gərginlik
Dünya10:01 29.07.2017

ABŞ və İran arasında növbəti gərginlik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

 ABŞ maliyyə nazirliyi açıqlama verərək "Simorgh" peykinə görə İrana qarşı sanksiyaları genişləndirmək qərarı verdiklərini bildirib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, İranın ballistik raket sınaqlarında əhəmiyyətli rol oynayan Şahid Həmmad sənaye qrupunun nəzdində olan 6 müəssisəsə qarşı sanksiyalar tətbiq ediləcək. 

Bu barədə açıqlama verən ABŞ maliyyə naziri Stiven Mnuçin İranın provokatif peykinə və ballistik raket istehsalı istiqamətində işlərinə görə sanksiyaların tətbiq edildiyini bildirib. 

Qeyd edək ki, ABŞ konqresi dünən İran, Rusiya və Şimali Koreya əleyhinə yeni sanksiyalar paketi qəbul edib.

Məlumatın açıqlanmasından sonra Bəsra körfəzində ABŞ donanmasına aid helikopterin İranın neft tankerlərinə çox yaxınlaşması barədə xəbər yayılıb. Hələlik tərəflər heç bir açıqlama verməsə də, hadisənin gərginliyə səbəb olacağı gözlənilir.

Gülşən

Qaynarinfo.Az