Xəbər lenti

ABŞ və Şimali Koreya arasında münasibət düzələ bilər
Dünya06:04 23.08.2017

ABŞ və Şimali Koreya arasında münasibət düzələ bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ prezidenti Donald Tramp Şimali Koreya barədə açıqlama verib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Arizona ştatında təşkil etdiyi mitinqtə danışan Tramp çıxışında ABŞ mediasını onun əleyhinə yalan məlumatlar yaymaqda və propaqanda aparmaqda ittiham edib.

Daha sonra Şimali Koreya ilə bağlı açıqlama verən Donald Tramp "Şimali Koreya bizə hörmət göstərməyə başlayıb. Bəlkə gələcəkdə müsbət hadisələr baş verdi" fikrini səsləndirib.

Qeyd edək ki, son günlərdə təşkil edilən ABŞ və Cənubi Koreyanın ortaq hərbi təliminə Şimali Koreyadan ciddi reaksiya gəlməyib. 

Bundan əvvəlki addımlarda isə hər iki tərəf sərt açıqlamalarla yadda qalırdı.

Gülşən

Qaynarinfo.Az