Xəbər lenti

ABŞ və Taliban razılaşdı
Dünya10:32 06.08.2019

ABŞ və Taliban razılaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ və Taliban arasında razılıq əldə edilib.
Qaynarinfo xəbər verir ki, Qətərin paytaxtı Dohada keçirilən ABŞ-Taliban danışıqlarında amerikalı əsgərlərin Əfqanıstanı tərk etməsi barədə fikir ayrılığı aradan qaldırılıb. 
Razılaşmaya görə, Əfqanıstan radikal qruplarla əlaqələri kəsəcək, ABŞ isə əsgərlərinin bir hissəsini ölkədən çıxaracaq. 
Tərəflər arasındakı razılaşmanın yekun variantının növbəti həftələrdə hazırlanması gözlənilir.
Qeyd edək ki, ötən günlərdə ABŞ prezidenti Donald Trampın 2020-ci ildə keçiriləcək prezident seçkilərinə qədər əsgərlərin böyük hissəsini Əfqanıstandan geri çəkəcəyi barədə iddia irəli sürülmüşdü. 
Gülşən