
ABŞ rəhbərliyi Türkiyədə yaşayan amerikalı hərbi qulluqçuların və diplomatların yaxınlarını ölkədən çıxmağa çağırıb.
Qaynar.info musavat.com-a istinadən bildirir ki, bu barədə Pentaqonun mətbuat katibi Piter Kuk bildirib. Qurum rəsmisi onların xərclərinin dövlət tərəfindən qarşılanacağını da bildirib.
Məlumata görə, xahiş “İncirlik” hərbi bazasında və Adanadakı konsulluq ərazisində yaşayan təxminən 900 ABŞ vətəndaşına addir.
Ölkədən çıxmaq üçün əsas səbəb kimi İŞİD-ə qarşı əməliyyatların genişlənməsi və Türkiyənin ilk dəfə olaraq əməliyyatlara qoşulması göstərilir.
“Bu addım ehtiyatlılıq səbəbilə atılır. Aydındır ki, bizim əməliyyatlardan sonra “İncirlik” bazasında çox şey dəyişib", - deyə Kuk əlavə edib.
Qaynar.info