Xəbər lenti

Abxaziyada müxalifət hakimiyyəti ələ keçirib
Dünya05:05 28.05.2014

Abxaziyada müxalifət hakimiyyəti ələ keçirib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Abxaziya Respublikasında müxalifət liderlərindən biri olan Raul Hacimba bəyan edib ki, İctimai partiyaların və hərəkatların əlaqələndirmə şurası “respublika”da hakimiyyəti müvəqqəti olaraq öz üzərinə götürür.

Qaynar.info APA-ya istinadən verdiyi xəbərə görə, bundan əvvəl müxalifət qondarma respublikanın lideri Aleksandr Ankvabdan istefaya getməsini tələb edib. Ötən gün axşam saatlarında Abxaziya “prezident” administrasiyasının binası etirazçıların nəzarətinə keçib.

Qeyd edək ki, Abxaziyanın Suxumi şəhərində korrupsiya və “hökumət”in siyasətinə qarşı keçirilən etiraz aksiyasında 10 mindən çox insan iştirak edir.

Qaynar.info