Xəbər lenti

Adı dəyişdirilərək İngiltərəyə qaçırılan idmançıya görə araşdırmalar başladı
İdman08:12 15.07.2022

Adı dəyişdirilərək İngiltərəyə qaçırılan idmançıya görə araşdırmalar başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Olimpiya çempionu Somali əsilli britaniyalı idmançı Mohammad Farah keçmişini etiraf etdikdən sonra Britaniya polisi araşdırmaya başlayıb.
Qaynarinfo xəbər verir ki, uşaq ikən insan qaçaqmalçıları tərəfindən İngiltərəyə gətirildiyini, işləməyə məcbur edildiyini və əsl adının Huseyin Abdi Kahin olduğunu açıqlayan olimpiya çempionunun bu etirafından sonra İngiltərə polisi hərəkətə keçib. 
Farahın açıqlamalarından sonra İngiltərə Daxili İşlər Nazirliyi bəyanat yayaraq, 39 yaşlı idmançının İngilərə vətəndaşlığından məhrum edilməyəcəyini bildirib. Nazirlik ümumiyyətlə idmançının vətəndaşlığı ilə bağlı heç bir tədbir görülməyəcəyini açıqlayıb.
Dörd dəfə olimpiya çempionu olan 39 yaşlı idmançı adının onu qaçıran qadın tərəfindən qoyulduğunu bildirib.
Nazirliyin açıqlamasanından sonra Farah BBC Radiosunda yayımlanan "Bugün" proqramındakı çıxışında rahatlaşdığını ifadə edib: "Bu mənim ölkəmdir... Təcrübələrimi bölüşməkdən xoşbəxtəm və bu, məni insan etdi. Mən bu günəm”.
Səbuhi Həsənov