Xəbər lenti

Adriatik dənizində 4 fəlakət xəbərçisi tapıldı
Dünya15:59 07.03.2024

Adriatik dənizində 4 fəlakət xəbərçisi tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yayda Adriatik dənizində uzun illərdən sonra ilk dəfə olaraq dörd siyənək padşahı bir anda göründü. Məşhur inanca görə, bunlar fəlakətlərdən xəbər verən nəhəng balıqlardır. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Sarajevo Times” Xorvatiya Okeanoqrafiya və Balıqçılıq İnstitutuna istinadən yazıb.
Sahildə 3 balığın, sürfə mərhələsində daha birinin tapıldığı və xilas edildiyi bildirilir.
"Bu balıq növü ilə rastlaşmalar olduqca nadirdir. Bunu ən yaxşı şəkildə bu balığın Adriatikdə cəmi üç dəfə görməsi sübut edir", deyə jurnalistlər qeyd edirlər.
Alimlərin fikrincə, bütün Aralıq dənizində bu balıq növünün cəmi 60-a yaxın müşahidəsi qeydə alınıb.
Bu canlılar sualtı dünyasının ən qeyri-adi nümayəndələrindən biridir. Onların 11 metrə çata bilən ilana bənzərləri də var. Plankton, kiçik balıqlar və digər su heyvanlar ilə qidalanırlar. Onlar həyatlarının çox hissəsini şaquli şəkildə, sanki uçan kimi keçirirlər.
Siyənək padşahı yalnız tektonik plitələrin hərəkəti, tufanlar, axınlar və ya xəstəlik səbəbindən səthə qalxır, buna görə də sunami və ya zəlzələ kimi təbii fəlakətlərin xəbərçisi hesab olunurlar.
Qeyd edək ki, 15 iyul 2022-ci ildə Çilidə 5 metrlik kral siyənək balığı tutulub.
Aydın