İdman 18:15 16.09.2022

AFFA Birinci Divizion klublarını cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qaynarinfo qurumun rəsmi sayına istinadən xəbər verir ki, iclasda Birinci Divizionun 4-cü turunda baş verən qayda pozuntularına görə aşağıdakı qərarlar çıxarılıb.

"İmişli” – "Mingəçevir” oyununda "Mingəçevir” futbol klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur.

"İmişli” – "Mingəçevir” oyununda "İmişli” klubunun 13 nömrəli futbolçusu Həmzə Əliyev oyunun 59-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

"Zirə-2” – "Turan Tovuz-2” oyununda "Zirə-2” futbol klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur.

"Zaqatala” – "Səbail-2” oyununda "Zaqatala” futbol klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur.

Səbuhi Həsənov