İdman 14:47 20.05.2022

AFFA-dan "Qəbələ"yə protokol cəzası

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Qaynarinfo xəbər verir ki, iclasın Birinci Divizionun 26-cı turuna həsr olunmuş hissəsində aşağıdakı qərarlar çıxarılıb!

"Kəpəz” – "Sabah-2” oyununda "Kəpəz” klubunun futbolçusu İbrahim Qədirzadə ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

"Kəpəz” klubunun futbolçusu Bəhruz Teymurov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 240 manat cərimə olunur.

"Sabah-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

"Şamaxı-2” – MOİK oyununda MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

MOİK klubunun futbolçusu Həsrət Mürsəlov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

XXVI turun "Sumqayıt-2” – "Qəbələ-2” oyununda "Qəbələ-2” komandası vaxtında protokolu tərtib etmədiyi üçün klub 80 manat cərimə olunur.

Səbuhi Həsənov