Xəbər lenti

İdman 10:50 16.05.2023

AFFA "Mingəçevir"ə niyə lisenziya verməyib? - Klub rəsmisi

AFFA-nın Lisenziya Komissiyasının iclası keçirildi. İclasda Birinci Divizionun 4 klubuna Premyer Liqada iştirak üçün lisenziya verilmədiyi açıqlandı. Bu klublardan biri də "Mingəçevir” oldu. Maraqlıdır, klub lisenziya üçün AFFA-ya müraciət etmişdi?

Bölgə təmsilçisinin İdarə Heyətinin sədri Ruslan Həmidov Qaynarinfo-ya açıqlamasında müraciətlə bağlı deyib:

"AFFA-ya müraciət etmişdik. Yəqin ki, infrastrukturumuza görə lisenziya verilmədi. Şəraitimiz göz qabağındadır”.

Həmidov hazırda ehtiyat meydançanın ot örtüyünün dəyişdirilməsi üçün işlər aparıldığını bildirib:

"Ehtiyat meydançamızın ot örtüyü süni olacaq. Əsas meydançaya isə əl vurulmur. Bu meydançamız çayır olduğu üçün iyul ayından noyabra qədər yaxşı olur. Sonra, qış aylarında isə bərbad duruma düşür. Əsas meydança ilə bağlı plan yoxdur. Ehtiyat meydança standartlara uyğundur, oyun keçirmək mümkündür. Çox güman ki, qışda ev oyunlarımızı məhz həmin meydançada keçirəcəyik. Azarkeşlər üçün əlavə 200 oturacaq quraşdırılacaq. Meydançanın iki aya hazır olacağı gözlənilir. Artıq işlər başlayıb və çox sürətli şəkildə davam edir”.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?