Xəbər lenti

AFFA
İdman 13:56 06.05.2022

AFFA "Qarabağ"ı 10 min manata yaxın cərimələdi

AFFA-nın intizam Komitəsinin növbəti iclası keçirilib.

Qaynarinfo xəbər verir ki, iclasda ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunları və Premyer Liqanın 25-ci turunda yol veriln qayda pozuntuları ilə əlaqədar aşağıdakı qərarlar çıxarılıb.

Azərbaycan Kubokunun 1/2 final mərhələsinin "Qarabağ” – "Qəbələ” oyununda "Qarabağ” klubunun azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunur.

Azərbaycan Kubokunun 1/2 final mərhələsinin "Qarabağ” – "Qəbələ” oyununda "Qarabağ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur.

Azərbaycan Kubokunun 1/2 final mərhələsinin "Neftçi” – "Zirə” oyununda matç gec başlandığı üçün meydan sahibi klub 3200 manat cərimə olunur.

Premyer Liqanın XXV turunun "Qarabağ” – "Sabah” oyununda "Qarabağ” klubunun azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunur.

Premyer Liqanın XXV turunun "Qarabağ” – "Sabah” oyununda "Qarabağ” klubunun azarkeşləri "Sabah” klubunun rəsmisi Dadaş Zeynalova fiziki təsir göstərdiyi üçün meydan sahibi klub 4000 manat cərimə olunur.

Premyer Liqanın XXV turunun "Qarabağ” – "Sabah” oyununda "Qarabağ” klubunun 6 nömrəli futbolçusu Patrik Andrade qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimə olunur.

Premyer Liqanın XXV turunun "Zirə” – "Qəbələ” oyununda "Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

Premyer Liqanın XXV turunun "Sumqayıt” – "Neftçi” oyununda matçın 19-cu dəqiqəsində "Sumqayıt” klubunun 5 nömrəli futbolçusu Camaləddin Xocaniyazov kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanır klub 1600 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir.

Premyer Liqanın XXV turunun "Sumqayıt” – "Neftçi” oyununda "Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->