Xəbər lenti

Ağ Ev: Aİ-dən Ukraynaya ayrılan 50 milyard avro ABŞ-ın liderliyini əvəz etməyəcək
Dünya09:52 02.02.2024

Ağ Ev: Aİ-dən Ukraynaya ayrılan 50 milyard avro ABŞ-ın liderliyini əvəz etməyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Birləşmiş Ştatlar Avropa İttifaqının Ukraynaya 50 milyard avro məbləğində makromaliyyə yardımı ayrılması barədə razılaşmanı alqışlayıb, lakin təhlükəsizlik sektorunda ABŞ dəstəyinin vacibliyini qeyd edib.
Qaynarinfo "Yevropeyska pravda”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.
O qeyd edib ki, Aİ-nin Ukraynaya dəstək proqramı təhlükəsizlik yardımı göstərmək məqsədi daşımır.
"Şübhəsiz ki, bu, Ukrayna xalqı tərəfindən alqışlanacaq, çünki bu, onların artıq üzləşdiyi maliyyə çətinliklərinin bir hissəsini yüngülləşdirməyə kömək edəcək. Və buna görə də, biz bunu alqışlayırıq. Amma təhlükəsizlik yardımına gəldikdə bu, ABŞ liderliyini əvəz etmir", -  Kirbi bildirib.
O əlavə edib ki, ABŞ prezident administrasiyası Konqresi xüsusi olaraq Ukraynaya hərbi yardım üçün 60 milyard avrodan çox vəsait ayıran əlavə milli təhlükəsizlik sorğusunu qəbul etməyə çağırmağa davam edəcək.
"Mən dəfələrlə dediyim kimi, bu məbləğ diqqətlə düşünülmüşdü. Ukraynalıların buna ehtiyacı var. Bizə isə Konqresin bu tələbi təsdiq etməsi lazımdır", - Kirbi bildirib.
Xatırladaq ki, Aİ liderləri cümə axşamı Macarıstanın uzunmüddətli müqavimətini dəf edərək, Ukraynaya 50 milyard avro məbləğində makromaliyyə yardımının ayrılması barədə razılığa gəliblər. Proqram dörd il davam edəcək.
Nizami Bağırov