Xəbər lenti

Ağ Ev: ATACMS-in Ukraynaya verilməsi istisna deyil
Dünya 11:35 12.10.2023

Ağ Ev: ATACMS-in Ukraynaya verilməsi istisna deyil

ABŞ prezident administrasiyası bəyan edib ki, Ukraynaya uzaqmənzilli ATACMS raketlərinin verilməsi istisna deyil.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi "Amerikanın Səsi” radiosuna müsahibəsində bildirib.

İndi Ukraynanı ATACMS raketləri ilə təmin etmək üçün ən yaxşı vaxt olub-olmaması ilə bağlı suala cavab olaraq, o deyib ki, Vaşinqton Kiyevin ehtiyac duyduğu əlavə imkanları nəzərdən keçirməyə davam edir.

"ATACMS-ın verilməsi istisna deyil. Mən hazırda ATACMS mövzusunda nəsə açıqlamaq iqtidarında deyiləm, yalnız deyəcəyəm: müharibənin necə dəyişdiyinə uyğun olaraq, Ukraynaya verdiyimiz imkanlar da dəyişir. Və mən bunun davam edəcəyini düşünürəm", - Kirbi qeyd edib.
Bir müddət əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirmişdi ki, prezident Co Bayden və Pentaqon uzun müddətdir Ukraynaya uzaqmənzilli ATACMS raketlərinin verilməsinin əleyhinədirlər. Kiyev bu raketlərlə Rusiya dərinliklərdəki hədəflərini vurmağa icazə istəyib.

Bundan əvvəl məlum olub ki, ABŞ prezidenti Co Bayden Ağ Evdəki görüşdə Vladimir Zelenskiyə Vaşinqtonun Rusiya ilə müharibəyə kömək etmək üçün az sayda ATACMS raketlərini təhvil verəcəyini deyib.

New Yorker-ə görə, Bayden bu qərarı hələ Zelenskinin səfərindən əvvəl verib; bu, hələ ictimaiyyət tərəfindən təsdiqlənməyib.

ABŞ Müdafiə Nazirliyi bu yaxınlarda prezident Co Baydenin təhvil verilməsinə razılıq verən kimi Ukraynaya özünün bəzi uzaqmənzilli ATACMS kaset sursatları ilə təmin etməyə hazır olduğunu təsdiqləyib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->