Xəbər lenti

Ağ Ev: İran Rusiyaya yüzlərlə hərbi dronlar çatdırmağa hazırlaşır
Dünya 10:36 12.07.2022

Ağ Ev: İran Rusiyaya yüzlərlə hərbi dronlar çatdırmağa hazırlaşır

Rusiya İrandan Ukraynaya qarşı hərbi hücumunda istifadə etmək üçün "yüzlərlə pilotsuz uçan aparat” verməsini ıstəyib.

Qaynarinfo Azadlıq Radiosunun fars bölməsinə istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında iştirak edən ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.
 
O bildirib ki, İranın Rusiyaya hələ də hər hansı pilotsuz təyyarə göndərib-göndərmədiyi məlum deyil, lakin Vaşinqtonda İranın Rusiya qüvvələrinə təlim keçdiyini göstərən "məlumat” var. 

O bildirib: "Bizim məlumatımız onu göstərir ki, İran hökuməti qısa müddət ərzində Rusiyaya yüzlərlə pilotsuz təyyarə, o cümlədən hərbi silah daşıya bilən pilotsuz təyyarələr çatdırmaq niyyətindədir”.

Sallivan deyib ki, bu, Rusiyanın Ukraynanı ağır bombardman etməsinin – son həftələrdə Moskvanın Ukraynanın şərqində dayaqlarını gücləndirməsinin – öz silahlarını itirmək bahasına başa gəldiyini göstərir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->