Xəbər lenti

Ağ Ev Konqresə Ukraynaya əlavə 38 milyard dollar yardım tələbini təsdiqlədi: Yeni silah növləri...
Dünya 15:02 17.12.2022

Ağ Ev Konqresə Ukraynaya əlavə 38 milyard dollar yardım tələbini təsdiqlədi: Yeni silah növləri...

Amerika Birləşmiş Ştatları Ukraynaya əlavə olaraq 38 milyard dollar yardım göndərə bilər. Prezident Co Baydenin administrasiyası artıq Konqresə müvafiq sorğu göndərib.

Qaynarinfo "Amerikanın səsi”nə istinadla xəbər verir ki, belə bir məlumatı ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan paylaşıb

Onun sözlərinə görə, Bayden administrasiyası Ukraynanı onun suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün vasitələrlə təmin etməyə çalışır. Bu məqsədlə Ukraynaya daha 38 milyard dollar ayrılması üçün Konqresə sorğu göndərilib. Vəsait hərbi və humanitar yardıma yönəldiləcək.

"Biz bilirik ki, bizim işimiz Ukraynaya hərbi dəstəyimizi davam etdirməkdir ki, diplomatik danışıqlar masası arxasına [...] çatanda onlar döyüş meydanında mümkün olan ən yaxşı mövqedə olsunlar”, - o deyib.

"Politico” yazır ki, ABŞ Rusiyanın növbəti hücumundan ehtiyat etdiyi üçün Ukraynaya yeni silah növləri verə bilər. Birbaşa hədəf almaq və kiçik diametrli bombalar üçün sursat dəstləri nəzərdən keçirilir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->