Xəbər lenti

Ağ Ev Kremlə PUA hücumunun doğruluğunun müzakirəsindən imtina etdi
Dünya 10:18 04.05.2023

Ağ Ev Kremlə PUA hücumunun doğruluğunun müzakirəsindən imtina etdi

ABŞ Ukraynanı Rusiyanı vurmağa təşviq etmir. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karin Jan-Pier Kremlə pilotsuz təyyarə hücumu ilə bağlı xəbərləri şərh edərkən deyib.
 
Eyni zamanda, o əlavə edib ki, "indi bu hesabatların etibarlılığı haqqında danışmaq istəməzdi".

ABŞ-ın dövlət katibi Entoni Blinken hücumu şərh edərkən, ABŞ-ın "öz ərazisini necə müdafiə edəcəyinə özü qərar vermək” seçimini Ukraynaya buraxdığını bildirib və əlavə edib ki, "əsl faktları bilmədən bu barədə danışmaq çətindir". Ötən ilin dekabrında Blinken ABŞ-ın Ukraynaya Rusiya ərazisinə zərbə endirməyə kömək etmədiyini və ya təşviq etmədiyini iddia edib.

Xatırladaq ki, dünən Rusiya Federasiyası Prezidentinin mətbuat xidməti Ukraynanın mayın 3-nə keçən gecə Rusiya Federasiyası Prezidentinin Kreml iqamətgahına dronların köməyi ilə zərbə endirməyə cəhd etdiyini bildirib. Məlumata görə, hücum edən pilotsuz təyyarələr sıradan çıxarılıb, Kreml ərazisində isə xəsarət alan olmayıb. Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin insidentdə əli olması ilə bağlı iddiaları təkzib edib.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->