Xəbər lenti

Ağ Ev Krımda aerodromda baş verən partlayışları şərh etdi
Dünya09:39 10.08.2022

Ağ Ev Krımda aerodromda baş verən partlayışları şərh etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Biz Ukraynanın səylərini dəstəkləyirik”. 
"Amerikanın səsi” xəbər verir ki, Ağ Evin mətbuat katibi Karin Jan-Pyerin sözlərinə görə, ABŞ Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qorumaq səylərini dəstəkləyir.
Bir jurnalistin Rusiya aviabazasında silsilə partlayışlar və ABŞ-ın Krımı Pentaqonun silahla təmin etdiyi Ukrayna Silahlı Qüvvələri üçün qanuni hədəf hesab edib-etməməsi ilə bağlı sualına o, belə cavab verib: 
"Bildiyiniz kimi, biz Ukraynanın öz suverenliyini və ərazi bütövlüyünü qorumaq səylərini dəstəkləyirik və bunu dəfələrlə bildirmişik. Mübarizə ölkənin şərqində və cənub-qərbində davam edir və hələ bitmək üzrə deyil. Biz xəbərdarlıq etmişik ki, bu, uzun sürən müharibə ola bilər. Biz Ukraynanın Rusiyanın əsassız təcavüzünə tab gətirə bilməsini təmin etməyə davam edəcəyik və bu bizim diqqətimizdədir”.
Ağ Evin sözçüsü əlavə edib ki, ABŞ Ukraynanı "öz azadlıqları, suverenlikləri uğrunda Rusiyanın vəhşi hücumuna qarşı mübarizəsində” dəstəkləməyə davam edəcək.
Avqustun 9-da Rusiyanın işğal olunmuş Krımın Novofedorovka kəndi yaxınlığındakı Saki hərbi aviabazasında bir neçə güclü partlayış baş verib. 
Rusiya Federasiyasının Müdafiə Nazirliyi bunun "bir neçə aviasiya sursatının partlaması” olduğunu bildirib.
Ukrayna Müdafiə Nazirliyi işğal altındakı Krımdakı Saki aerodromunda baş verən partlayışları şərh edib. Nazirlik aerodromda baş verən yanğının səbəbini müəyyən edə bilmədiyini, lakin yanğın təhlükəsizliyi qaydalarını və bunun üçün ayrılmamış yerlərdə siqaret çəkilməsinin qadağan olunduğunu xatırladıb.
Nizami Bağırov