Xəbər lenti

Ağ Ev ruslar tərəfindən dinlənilən Bundesver zabitlərinin söhbətinə münasibət bildirib
Dünya 14:30 05.03.2024

Ağ Ev ruslar tərəfindən dinlənilən Bundesver zabitlərinin söhbətinə münasibət bildirib

Rusiya təbliğatçıları Qərbdə Ukraynaya dəstək məsələsində fikir ayrılıqlarının olması və Rusiyaya qarşı Ukrayna Müdafiə Qüvvələri deyil, "kollektiv NATO blokunun” çıxış etməsinə dair yanlış təsəvvür yaratmağa çalışırlar.

Qaynarinfo "Ukrinform”a istinadən xəbər verir ki, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Con Kirbi alman zabitlərinin ələ keçirilən danışıqlarını belə şərh edib

"Bu, yalnız sübut edir ki, rusiyalılar parçalanma və nifaq toxumu səpmək istəyir və Qərbin parçalandığını nümayiş etdirməyə çalışırlar. Təbii ki, bu, heç bir halda doğru deyil”, - deyə o bildirib.

Kirbi vurğulayıb ki, rusiyalılar təkcə Qərb ölkələri arasında deyil, Almaniya hökumətində də Ukraynaya dəstək üçün birlik olmadığı görüntüsü yaratmaq istəyirlər. Kirbi əlavə edib ki, Almaniya tərəfi bu səylərdə "əsas dost, müttəfiq və tərəfdaş" olduğunu təsdiqləyib. 

Onun sözlərinə görə, Rusiya Federasiyası dünyaya da Ukraynada Rusiya ilə Qərb, xüsusilə NATO arasında müharibənin getdiyi fikrini sırımaq istəyir.

Xatırladaq ki, martın 1-də Rusiya təbliğatçısı Marqarita Simonyan bir neçə alman zabitinin Ukraynaya uzaqmənzilli "Taurus” raketlərinin tədarükü və onlardan Krım körpüsünə hücum etmək üçün necə istifadə olunacağını müzakirə etdiklərini əks etdirən səs yazısı yayımlayıb. 

Bununla bağlı Almaniya Müdafiə Nazirliyi araşdırmaya başlayıb. Ertəsi gün qurum Rusiya Federasiyası tərəfindən dinlənilən söhbətin real olduğunu təsdiqləyib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->