Xəbər lenti

“Ağ qızılgül”ün sağ qalan sonuncu üzvü 103 yaşında vəfat etdi
Dünya13:35 10.03.2023

“Ağ qızılgül”ün sağ qalan sonuncu üzvü 103 yaşında vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-da Üçüncü Reyx dövründə edam olunmayan "Ağ qızılgül” tələbə antinasist hərəkatının sonuncu üzvü Traute Lafrentts vəfat edib. Onun 103 yaşı var idi.
Qaynarinfo xəbər verir ki, bu barədə "Zeit” yazır.
"Ağ Qızılgül fondu” mərhuma kədər və böyük minnətdarlıq hissi ilə onun cəsarətli müqavimətini şərəfləndirir", deyə müqavimət hərəkatının adını daşıyan fondun bəyanatında deyilir:
Traute Lafrentts 1919-cu ildə Hamburqda anadan olub. Antifaşist vərəqələrinin paylanmasında iştirak edib. 1943-cü ildə bir il həbs cəzasına məhkum edilib, sonra yenidən həbs olunub. 1945-ci ilin yazında ABŞ qoşunları tərəfindən azad edilib. 1947-ci ildə ABŞ-a mühacirət edib və Cənubi Karolinada yaşayıb.
"Ağ Qızılgül” Üçüncü Reyx dövründə fəaliyyət göstərən alman tələbə müqavimət təşkilatı idi. 1943-cü ildə iştirakçıların çoxu əsir həbs edilib, mühakimə olunub və gilyotinlə edam edilib.
Nizami Bağırov