Xəbər lenti

Ağcabədidə qanunazid toy: Bələdiyyə sədrinin bacısı uşaqları evləndilər
Ölkə14:29 31.03.2026

Ağcabədidə qanunazid toy: Bələdiyyə sədrinin bacısı uşaqları evləndilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda qohum evliliyi hadisəsi baş verib.
Qaynarinfo "Unikal"a istinadən xəbər verir ki, Ağcabədi rayonu Avşar kəndində iki bacının övladları (xalaoğlu-xalaqızı) evlənib.
Vəfa və Səadət adlı bacıların övladlarının toy mərasimi mart ayının 27-də olub.
Məlumata görə, evlənən cütlük Ağcabədi rayonu, Avşar bələdiyyəsinin sədri Vaqif Kazımovun bacısı uşaqlarıdır.
Bələdiyyəsi sədri cütlüyün yaxın qohum olduqlarını gizlətməyə çalışaraq, valideynlərinin xalaqızı-xalaoğlu olduğunu iddia edib: "Xəstə uşaqdır. Hazırda danışa bilmirəm, yasım var. Özləri ilə danışın".