Ötən il "Şahdəniz” yatağından qaz hasilatı 27.1% artım olmuşdu, bu ilin ilk rübündə isə artım 17.6% təşkil edib.
Bu barədə Qaynarinfo, layihənin operatoru olan BP-Azərbaycan şirkətinin rüblük məruzəsinə əsasən xəbər verir. 2022-ci ilin birinci rübündə "Şahdəniz” yatağından 6 milyard kubmetr qaz hasil edilib ki.
"BP-Azerbaijan” şirkətinin hesabatına görə, yatağın hazırkı günlük hasilat gücü təxminən 72 milyon kubmetr və ya ildə 26 milyard kubmetrdən çoxdur.
Hesabat dövründə "Şahdəniz” yatağından həmçinin təxminən 9 milyon barel kondensat hasil edilib ki, bu da 2021-ci ilin birinci rübü ilə müqayisədə 15,4% çoxdur.
2021-ci ildə "Şahdəniz” yatağından 23 milyard kubmetr qaz hasil edilib. Bu isə 2020-ci illə müqayisədə 27,1% çoxdur.
Yataqdan hasil olunan qaz Azərbaycanın daxili bazarına əlavə, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyaya ixrac edilir.
Keçən il Azərbaycan Avropa bazarlarına 8 milyard kubmetrdən çox qaz təhvil verib və bu il isə 11 milyard kubmetrə çatdırmağı planlaşdırıb.
M.Arif