Dövlət Gömrük Komitəsi yanında yaradılan Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsinə rəis təyin edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov əmr imzalayıb.
Şahin Bağırovun müaviq əmri ilə Ağayev Ceyhun Aydın oğlu sözügedən idarənin rəisi təyin olunub.
Qeyd edək ki, Ceyhun Ağayev bundan əvvəl komitənin Sərhəddə prosedurların tətbiqi və monitorinqi şöbəsinin rəisi vəzifəsində çalışıb.
Xatıradaq ki, bu ilin may ayında prezident İlham Əliyevin fərmanı ilə Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsi yaradılıb.
Əhməd
Şərhlər