Xəbər lenti

Şahzadə Harri ailəyə qayıda bilər, lakin kral ona şərt qoyub - KİV
Dünya 16:14 28.12.2025

Şahzadə Harri ailəyə qayıda bilər, lakin kral ona şərt qoyub - KİV

Böyük Britaniya kralı III Çarlz şahzadə Harrinin Meqan Markl ilə evliliyində daha qətiyyətli mövqe tutacağı təqdirdə onun yenidən kral ailəsinə qayıtmasına hazırdır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Radar Online” monarxa yaxın mənbələrə istinadla məlumat yayıb.
 
Mənbələrin sözlərinə görə, bu yaxınlarda onkoloji xəstəliyin müalicəsində müsbət dinamika barədə açıqlama verən 77 yaşlı kral kiçik nəvələri – altı yaşlı Arçi və dörd yaşlı Lilibetlə görüşə bilməməsindən narahatdır.

Kral anlayır ki, ailə bağlarını bərpa etmək üçün vaxtı məhduddur və o, yalnız şahzadə Uilyam və Keyt Middletonun uşaqları ilə deyil, bütün nəvələri ilə tamhüquqlu münasibətlər qurmaq istəyir. Eyni zamanda bildirilir ki, Meqan Markl ABŞ-da daimi yaşamaq mövzusunda qəti mövqe tutur.

Məlumata görə, bir neçə ay əvvəl Çarlz və Harri barışıq yolu tapmaq məqsədilə qapalı görüş keçiriblər. Mənbələrin bildirdiyinə görə, kral hesab edir ki, Sasseks hersoqu məhz özü daha çox israr göstərməli və həyat yoldaşını uşaqların Böyük Britaniyaya daha tez-tez səfər etməsinə razı salmalıdır.

Mənbələr vurğulayırlar ki, Çarlz kiçik oğluna olan sevgisini itirməyib və Harrinin necə bir ata olmasından səmimi qürur duyur. Bununla yanaşı, monarx Arçi və Lilibetin Britaniya mədəni irsi və öz ailə tarixləri ilə əlaqəni itirə biləcəyindən narahatdır.
 
Aydın
--> -->