Xəbər lenti

Aİ bu tarixdə Rusiya neft və qazına embarqo qoya bilər – Britaniya kəşfiyyatı
Dünya09:13 04.04.2022

Aİ bu tarixdə Rusiya neft və qazına embarqo qoya bilər – Britaniya kəşfiyyatı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aİ ölkələrinin səfirləri Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar paketini müzakirə etmək üçün aprelin 6-da görüşməyi planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən "Financial Times" məlumat yayıb.
Bəzi dövlətlərin təklif etdiyi sanksiya tədbirləri həm fərdi məhdudiyyətlərə, həm də Rusiya mallarının ixracına embarqoya təsir edə bilər.
Söhbət Rusiyadan kömür, neft və qaz idxalına qoyulan embarqodan, həmçinin Rusiya gəmilərinin Aİ limanlarında istifadəsinə qadağadan gedir.
Nəşr qeyd edir ki, enerji embarqosu əvvəllər bəzi əsas Avropa iqtisadiyyatlarının müqaviməti ilə üzləşmişdi. Eyni zamanda, indi "Rusiyanın enerji ixracatına qarşı sanksiya çağırışları daha ucadan eşidilməyə başlayır”.
Alpər