Xəbər lenti

Dünya 22:25 22.02.2024

Aİ gələn həftə Polşa üçün 6,3 milyard avronun blokunu aça bilər

Avropa İttifaqı pandemiyaya qarşı mübarizəyə üçün Polşaya əvvəllər bloklanmış 6,3 milyard avro məbləğində ödənişin ayrılmasını gələn həftənin əvvəlində elan edə bilər. 

Qaynarinfo xəbər verir ki, "Bloomberg" bu barədə mənbələrə istinadən məlumat yayıb.

Vəsaitlərin ayrılması Avropa Komissiyası tərəfindən Polşanın məhkəmə sistemində əvvəlki hökumət tərəfindən aparılan islahatlarla bağlı şikayətlərə görə bloklanıb.

6,3 milyard avroluq ödəniş COVID-19-dan sonra iqtisadiyyatın bərpasını stimullaşdıran proqramın bir hissəsi olaraq Polşaya verilən 60 milyard avrodan birincisi ola bilər. "Bloomberg" qeyd edir ki, bu addım Avropa İttifaqı ilə Polşanın yeni hökuməti arasında münasibətlərin yaxşılaşmasına kömək edəcək. 

Agentlik mənbələrinin məlumatına görə, hələlik yekun qərar verilməyib. Qəbul edildikdən sonra Aİ-yə üzv dövlətlərin də təsdiqi tələb olunacaq, yəni faktiki ödənişlər daha sonra baş verə bilər.

2023-cü ilin oktyabrında Polşa parlamentinin aşağı və yuxarı palatalarına keçirilən seçkilərdən sonra Vətəndaş Koalisiyasından Donald Tusk ölkənin yeni baş naziri seçilib. O, and içdikdən sonra Avropa Komissiyası ilə danışıqlar aparmaq üçün Brüsselə gedib. Orada Tusk əvvəlki hakimiyyətin - mühafizəkar Hüquq və Ədalət Partiyasının kursuna yenidən baxacağına söz verib. Bundan sonra Avropa Komissiyası Polşaya olan borcun bir hissəsinin - 5 milyard avronun blokdan çıxarılmasına razılaşıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->