Xəbər lenti

Aİ kiberhücumlara görə ilk dəfə sanksiya tətbiq edəcək
Dünya07:26 31.07.2020

Aİ kiberhücumlara görə ilk dəfə sanksiya tətbiq edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa İttifaqı kiberhücumlarla əlaqədar ilk dəfə sanksiya tətbiq edəcək.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa Şurasından açıqlama verilib. Bildirilib ki, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatına təşkil olunmuş hücumlar da daxil olmaqla 2018-ci ildə "WannaCry", "NotPetya" və "Operation Cloud Hopper" adı verilən kiberhücumları təşkil edən və ya əlaqəsi olanlar sanksiyaya məruz qalacaq. Avropa İttifaqının sanksiya tətbiq edəcəyi 6 nəfərdən 2-si Çin, 4-ü Rusiya vətəndaşıdır. Siyahıdakı şirkətlər isə Rusiyanın Hərbi Kəş.fiyyat Xidməti, Çinin "Tianjin Huaying Haitai Science and Technology Development Co. Ltd (Huaying Haitai)" və Şimali Koreyanın "Chosun Expo" şirkətləridir. 
Məhdudiyyətlər arasında səyahət qadağası və maddi vəsaitlərin dondurulması var. Bundan başqa Avropa İttifaqına üzv ölkələrin vətəndaşları və şirkətləri adı qara siyahıya salınan şəxs və qurumlara vəsait ayıra bilməyəcək.
Qeyd edək ki, "WannaCry" və "NotPetya" hücumları zamanı bir çox ölkənin kompüterləri zərər görmüşdü. "Cloud Hopper" hücumunun arxasında isə Çinin dəstəklədiyi iddia edilən "APT10" adlı qrupun olduğu bildirilmişdi. Bu hücumlarda bir çox ölkədəki şirkət və dövlət qurumları hədəf alınmışdı.
Camal