Xəbər lenti

Aİ Kosovoya yüksək səviyyəli səfərləri və maliyyə dəstəyini dayandırdı
Dünya15:45 14.06.2023

Aİ Kosovoya yüksək səviyyəli səfərləri və maliyyə dəstəyini dayandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Priştinanın ölkənin şimalında deeskalasiyaya nail ola bilməməsi səbəbindən Aİ Kosovoya yüksək səviyyəli səfərləri və maliyyə dəstəyini dayandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Piter Stano bildirib. 
O, aydınlaşdırıb ki, söhbət sanksiyalardan getmir, çünki Aİ uzun müzakirələrdən sonra üzv dövlətlərin müəyyən etdiyi aydın qanunvericilik bazasına əsaslanaraq məhdudlaşdırıcı tədbirlər görür.
"Bu ayın əvvəlindən müşahidə etdiyimiz son eskalasiyanı nəzərə alaraq, Aİ-yə üzv olan 27 ölkə Kosovo və Serbiyanın, xüsusən də Kosovonun şimalında dörd bələdiyyədə seçkilər və onların nəticələrinin icrası nəticəsində yaranan gərginliyi azaltmasını gözlədiklərini bildiriblər”, - Stano qeyd edib. 
Onun sözlərinə görə, Aİ xəbərdarlıq edib ki, təcili deeskalasiya olmasa, bunun nəticələri olacaq. Bununla belə, son günlər deeskalasiyanın baş vermədiyini sübut edir, - Stano vurğulayıb. 
"Çağırışlarımıza baxmayaraq, Baş nazir Kurti hələ də gərginliyin azaldılması istiqamətində qəti addımlar ata bilməyib. Onun 5 bəndlik planı son böhrana səbəb olan əsas məqamları həll etmək iqtidarında deyil. Ondan təcili və qəti addımlar gözləyirik", - Avropa Komissiyasının nümayəndəsi bildirib.
Məhz buna görə də, üzv dövlətlərin qərarına uyğun olaraq, Avropa Komissiyası dərhal qüvvəyə minən, sanksiyalar olmayan təkliflərin siyahısını hazırlayıb.
"Bununla əlaqədar olaraq, Kosovo ilə yüksək səviyyəli səfərlərin və maliyyə qarşılıqlı fəaliyyətinin dayandırılması da daxil olmaqla, dərhal qüvvəyə minmiş bir sıra tədbirlər görməyə qərar verdik”, - Stano izah edib və vəziyyətin inkişafından asılı olaraq bu tədbirlərin müvəqqəti ola biləcəyini vurğulayıb.
Nizami Bağırov