Almaniya Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinə cavab olaraq Rusiyanı beynəlxalq ödəniş sistemindən SWIFT-dən çıxarılmasına razılaşıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Radio Azadlığ”ın müxbiri Rikard Cozviak məlumat yayıb.
O, "tvit"ində "Almaniya SWIFT ilə irəliləməyə razılıq verib" sözlərini yazıb.
Eyni zamanda, Avropa Mərkəzi Bankının "Reuters” agentliyinə verdiyi məlumata görə, təcavüzkarı SWIFT-dən ayırmaq artıq "qısa zaman, günlərin işidir”. Bunun hər iki tərəf üçün ağrılı qərar olacağı da bildirilib”.
Əvvəllər Rusiyanın Ukraynaya yeni hücumu halında Rusiyanın SWIFT-dən ayrılması ona qarşı sanksiyalar variantları arasında nəzərdən keçirilirdi. Lakin Qərb üçün böyük iqtisadi risklər olduğundan Aİ bu məsələdə yekun rəyə gəlməyib.
Rusiyanın işğalından sonra Avropada SWIFT ilə bağlı müzakirələr yenidən başlayıb.
Alpər