Avropa İttifaqı Rusiya neftinə məhdudiyyətlər üçün üç variant hazırlayır. Onlardan biri tam embarqodur, lakin bəzi ölkələr belə bir qərara qarşı çıxır.
Qaynarinfo Bloomberg-ə istinadla xəbər verir ki, ABŞ Aİ ilə birlikdə Avropanın Rusiya Federasiyasından neftə tətbiq edə biləcəyi sanksiyalar üzərində
işləyir.
Müttəfiqlər tam embarqonu nəzərdən keçirirlər, lakin bu, ayrı-ayrı ölkələr, xüsusən də Almaniya və Macarıstan tərəfindən bloklanır. Sonuncu dəfələrlə Rusiya qazını rublla almağa hazır olduğunu bildirib.
ABŞ və Aİ-nin nəzərdən keçirdiyi ikinci variant Rusiya Federasiyasından neftin alınması üçün tavan qiymətinin müəyyən edilməsidir.
Üçüncüsü isə alış üçün ödənişlərin tutulması mexanizmidir. Bloomberg-in məqaləsində jurnalistlər öz mənbələrinə istinadən vurğulayırlar ki, dizel yanacağı və digər hazır məhsullara embarqoya nail olmaq xam neftdən daha çətin olacaq.
Xatırladaq ki, bir həftə əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Aİ-nin Rusiya neftinə məhdudiyyətlərin "ağıllı mexanizmləri” üzərində işlədiyini bildirmişdi. Onun sözlərinə görə, "Putin Aİ-yə getməli olan tədarük üçün başqa bazarlarda daha yüksək qiymətlər əldə edəcək" ki, bu, baş verməməlidir. Buna görə də Aİ adi embarqodan daha artıq yolları nəzərdən keçirir.
"Politico” nəşrinin məlumatına görə, neftlə bağlı məhdudiyyətlər işğalçı ölkənin bank sisteminə yeni "zərbələr”lə yanaşı, Rusiya Federasiyasına qarşı sanksiyaların altıncı paketinə daxil ediləcək. Bu arada Almaniya bu ilin sonuna qədər Rusiya neftindən tamamilə imtina etmək niyyətindədir.
Alpər