Xəbər lenti

Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketini təsdiqlədi
Dünya 11:07 18.07.2025

Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketini təsdiqlədi

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas X-də bildirib ki, Aİ səfirləri 18-ci anti-Rusiya sanksiyalar paketini təsdiqləyiblər.

Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, yeni məhdudiyyətlər Rusiya neftinin qiymət tavanının azaldılmasını nəzərdə tutur, həmçinin Rusiya "kölgə donanması"nın daha 105 gəmisini "qara siyahı"ya əlavə edir.

"Aİ indicə Rusiyaya qarşı bu günə qədər ən güclü sanksiya paketlərindən birini təsdiqlədi. Biz Kremlin hərbi büdcəsini azaltmağa davam edirik, kölgə donanmasının daha 105 gəmisini və onların ortaqlarını təqib edirik", deyə Kallas yazıb.

Bundan əlavə, yeni sanksiyalar Rusiya banklarının maliyyələşdirmə imkanlarına məhdudiyyətləri də əhatə edəcək. Söhbət hansı banklardan getdiyi və məhdudiyyətlərin nədən ibarət olacağı açıqlanmır.

Şayiələrə görə, Aİ-yə qaz nəqlinin bərpa oluna biləcəyi "Şimal axını" boru kəməri də sanksiyalara məruz qalır.

Kallasın sözlərinə görə, sanksiyalardan yayınan Çin bankları da Aİ-nin yeni məhdudiyyətlərinə düşə bilər.

"Biz Rusiya hərbi sənayesinə, sanksiyalardan yayınmağa imkan verən Çin banklarına təzyiqi artırırıq və pilotsuz təyyarələrdə istifadə olunan texnologiyaların ixracını əngəlləyirik", deyə Kallas əlavə edib.

Sanksiyalar paketi ilk dəfə olaraq bayraq reyestrinə və "Rosneft"in Hindistandakı ən böyük neft emalı zavoduna aiddir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->