Xəbər lenti

Aİ “xarici agentlər”ə görə Gürcüstanla vizasız rejimi ləğv edə bilər
Dünya 16:42 05.06.2024

Aİ “xarici agentlər”ə görə Gürcüstanla vizasız rejimi ləğv edə bilər

Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski deyib ki, "xarici agentlər” haqqında qalmaqallı qanunun qəbulundan sonra ölkə ilə vizasız rejimə yenidən baxıla bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə diplomat Movement portalına müsahibəsində deyib.

Qalmaqallı qanunun qəbulundan sonra Gürcüstan üçün mümkün nəticələrdən danışan Gerçinski qeyd edib ki, "bütün variantlar masadadır”.

O, Gürcüstan üçün vizasız rejimin yenidən nəzərdən keçirilməsinin mümkünlüyünü şərh edərkən bildirib ki, bu ölkə üçün viza rejiminin liberallaşdırılması müəyyən şərtlərdən irəli gəlir.

"Xarici təsirin şəffaflığı haqqında qanunun qəbulundan sonra biz vizanın liberallaşdırılması şərtlərinin Gürcüstana hələ də şamil olub-olmadığını yoxlamaq lazımdır”, - səfir əlavə edib.

Onun sözlərinə görə, altı ay müddətinə vizasız gediş-gəlişin dayandırılması üçün bütün üzvlərin deyil, əksəriyyətin səsi lazımdır.
"Və mən əminəm ki, bu, variantlardan biri kimi nəzərdən keçiriləcək və üzv ölkələr qərar verəcək”, - Gerçinski əlavə edib.

Bununla belə, o, vizasız rejim dayandırılarsa, sadə Gürcüstan vətəndaşlarının əziyyət çəkəcəyindən və "çox yüksək qiymət ödəyəcəyindən” narahatdır.

"Mən əmin deyiləm ki, bizim Avropa İttifaqı olaraq nail olmaq istədiyimiz budur, lakin bu mənim şəxsi fikrimdir, yaxın həftələrdə qərar qəbul ediləcək”.

Bazar ertəsi, iyunun 3-də Gürcüstanda geniş şəkildə tənqid edilən "xarici agentlər” qanunu və ya "Rusiya qanunu” kimi tanınan "Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu başa çatıb – sənədi parlamentin spikeri Şalva Papuaşvili imzalayıb.

Qanunun yekun qəbulundan sonra Avropa İttifaqı xəbərdarlıq edib ki, Tbilisinin bu hərəkətlərinə cavab vermək üçün "bütün variantları nəzərdən keçirir”.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->