Şənbə günü, Volodimir Zelenski və Donald Trampın gözlənilən təkbətək görüşü ərəfəsində, ABŞ və Ukrayna prezidentləri, eləcə də Avropa liderləri arasında telefon danışığı baş tutacaq.
Qaynarinfo-nun "Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Floridadakı görüşdən əvvəl Tramp və Zelenski şənbə günü telefon vasitəsilə müzakirə aparacaqlar.
Avropa Komissiyasının nümayəndəsinin sözlərinə görə, bu danışıqlarda Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və digər Avropa liderləri də iştirak edəcəklər (digər liderlərin kimliyi dəqiqləşdirilməyib).
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski bazar günü, 28 dekabrda amerikalı həmkarı Donald Tramp ilə Mar-a-Laqoda görüşəcəyini artıq təsdiqləyib.
Avropalı rəsmilər qeyri-rəsmi şəkildə bu bazar günü baş tutacaq görüşdən müsbət nəticə gözlədiklərini bildirsələr də, eyni zamanda istənilən proqnozlaşdırılmayan senariyə hazırlaşırlar.
Tramp isə "Politico”ya müsahibəsində görüşün "yaxşı keçəcəyini" ehtimal etdiyini bildirib, lakin bir məqamı xüsusi vurğulayıb: "Mən təsdiq etməyənə qədər Zelenskinin əlində heç nə yoxdur".
Alpər
Şərhlər