"Qasım Süleymaninin ölümü təkcə İran üçün deyil, terror təşkilatı PKK və YPG üçün də bir itkidir”.
Qaynarinfo xəbər verir ki, bu sözləri AKP-nin keçmiş millət vəkili Şamil Təyyar Qasım Süleymaninin öldürülməsi ilə bağlı "Twitter" hesabında yazıb.
"Süleymani PKK-nın ən böyük hamisiydi. Dağdakılarla problemin həlli prosesində o PKK-nın silahı yerə qoymasına mane olmağa, "Fərat qalxanı”, Afrin və "Barış pınarı” əməliyyatlarını pozmağa çalışdı. Su çanağı suda sınar”, keçmiş millət vəkili qeyd edib.
AKP-yə yaxınlığı ilə tanınan "Yeni Şafak" qəzetinin baş redaktoru İbrahim Qaragül isə Süleymani haqda "Hələb qatili” sözündən istifadə edib. Qaragül yazıb:
"O, bir hərbi cinayətkardır. ABŞ-ın Suriyada etdiyini o, İraqda etdi".
Alpər