Xəbər lenti

AKP-nin qələbəsinin sirri nədədir?
Siyasət05:56 01.04.2014

AKP-nin qələbəsinin sirri nədədir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədəki  son bələdiyyə seçkiləri bir neçə tərəfdən diqqətimi çəkdi. Bütüm gözləntilərə rəğmən Ərdoğanın partiyası nəinki məğlub olmadı, 2009-cu ildə 38% qələbəsilə yox 45% qələbə qazandı. Bir çox ekspertlər ən yaxşı halda Ərdoğanın 2009 seçimindəki səs faizi alaçağın gözləyirdi. Bəlkə, AKP-çilərdə o faizi gözləyirdi. Çünki bələdiyyə seçkiləri digər seçkilərdən çox fərqlənir. Çünki, insanlar əsasən namizədə səs verərlər, partiya o qədər də əhəmiyyət kəsb etmir. Amma AKP hər bir seçkidə olduğu kimi bu dəfə də onu sevənləri və sevməyənləri ciddi uğurla təəccübləndirdi.  

Qeyd  edim ki, bu seçkilər də demək olar ki, həm daxildə, həm xaricdə ciddi təzyiqlər və AKP-nin məğlub olması üçün hər kəs gücün ortaya qoymuşdu. Sosial-demokratiyanı müdafiə edən CHP belə Ankarada sağçı bir şəxsi aday göstərdi, CHP dən rüşvət olayına görə qovulan Mustafa Sarıgül İstanbul adayı göstərildi. CHP bütün gücün ortaya qoymuşdu ki, bu seçimlər də qalib gəlsin. Amma illərdi 30% keçə bilməyən CHP bu seçimlərdə də eyni uğursuzluqlara imza atdı.

AKP-nin qələbə sirri nədədir?

1. Dindarların Türkiyədə digər qüvvələrə nisbətən daha yaxşı təşkilatlanması

 2. İki gündən bir koalisiyon hökümətlərin dağılmasından, siyasi böhranların yaşanmasından bezməsi

 3. AKP-nin iqtidar olduğu dönəmlərdə ciddi nəticələr əldə etməsi: adambaşına düşən milli gəlir təqribən 17 min dolları keçməsi,  inflysiyanın qarşısını əhəmiyyətli dərəcədə alması və s.

4. Türkiyədə iqtisadi inflyasiyanın bütün dünya dövlətlərini silkələdiyi halda bu ölkədə inkişaf qeyd olunur. 

5. Xarici siyasətdə dünənə qədər əl uşağı rolunda olan Türkiyə indi söz sahibdir. 

6. Tez-tez hakimiyyət böhranı yaşayan ölkədə siyasi sabitlik hökm sürür. 2002 seçimlərinə qədər 10 ildə Türkiyə 9 hökümət dəyişdi. AKP hökümət böhranın aradan qaldırdı.

6.  Bölgədə hər hansı problem Türkiyənin rəyi nəzərə alınmadan həll olunmur.

7.  Ən nəhayət, Türkiyədə sosial problemlərin həlli üçün böyük layihələr həyata keçirilir. Dünənə qədər xəyal hesab olunan bir çox şey bu gün vətəndaş üçün artıq əl çatan bir hala gəlib.  

 2014 seçimləri bir daha göstərdi ki, Türkiyə müxalifətinin ciddi Lider problemi var. Ciddi proqram və inandırmaq problemi var. Artıq, Türkiyə müxalifəti anlamalıdı ki, ciddi lahiyələri və iqtisadi uğuru olan AKP-yə şantajla, montajla yox, proqramla qalib gəlmək olar. 

Bu seçimlər MHP başkanının mütləq istefası olmalı idi. O əxlaqı D. Bahçalıdan gözləsəm də, təəssüflər ki, hələki görmədim . MHP 2009 nəticələrindən belə az nəticə göstərdi. Əksinə, BDP 2009 dan daha yaxşı nəticə höstərdi. MHP 2009 da 10 şəhər bələdiyyə sədri vardı, 2014 də 8 oldu. BDP də isə əksinə 2009 da 8 şəhər də bələdiyyə sədrin, 2014 də 10 bələdiyyə sədrinə qaldırdı.

CHP-nin isə durumu daha ağırdı. İstanbulda ciddi seçim kompaniyası aparan, kifayət qədər səs-küylü bir təbliğat aparan M. Sarıgül Ankara hədəfin- CHP sədriliynə iddiasın ortaya qoyacaq. Qeyd edim ki, CHP Sarıgül namizdəliyilə İstanbulda səs faizin artıra bildi.

Ruslan İzzətli

D18 Hərəkatının sədri