Honkonqda 9 iyundan bəri davam edən nümayişlərdə saxlanılanların sayı 420-yə yüksəlib.
Qaynarinfo xəbər verir ki, nümayişçilərlə polislər arasında baş verən qarşıdurmalarda 139 təhlükəsizlik əməkdaşı xəsarət alıb. Aksiya iştirakçılarına qarşı min gözyaşardıcı qaz, 300-ə yaxın plastik mərmi istifadə edilib.
Bu gün başlayan kütləvi tətillər Honkonq Hava Limanında 200-dən çox uçuşun ləğv edilməsi, qatar və metro səfərlərinin gecikməsi ilə nəticələnib.
Qeyd edək ki, nümayişlərə ekstradisiya qanunun hazırlanması səbəb olub. Həmin qanun cinayətkarların Çin, Makao və Tayvana ekstradisiyasını nəzərdə tutur. Kütləvi aksiyalardan sonra qanun layihəsinin müzakirəsi təxirə salınsa da, Honkonq sakinləri layihənin ləğvinə qədər etirazlara davam edəcəklərini açıqlayıb.
Gülşən