Kanberradakı Avstraliya Milli Universitetinin alimləri yaxın 100 il müddətdə Antarktika buzlarının əriməsi ilə bağlı bu günə qədər olan ən dəqiq proqnozu tərtib ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Science Advances" (SciAdv) elmi jurnalı yazır.
Antarktika buz təbəqəsi 30 milyon kub kilometrdən çox su ehtiva edən Yerdəki ən böyük buz blokudur. Onun əriməsi gələcəkdə dəniz səviyyəsinə dağıdıcı təsir göstərə bilər.
Tarixi dəniz səviyyələrini müəyyən etmək üçün tədqiqatçılar əvvəlcə Avstraliyanın geoloji qeydlərini araşdırıb və əvvəllər sahil xəttinin nə qədər yüksək olduğunu göstərən daşlaşmış mərcanları və digər dəniz səviyyəsini göstərən işarələri tapıblar.
Proqnoza görə, Antarktida əriməsinin 2100-cü ilə qədər orta dəniz səviyyəsinin qalxmasına töhfəsi əvvəllər düşünüldüyü qədər ciddi olmayacaq. Əvvəlki hesablamalar növbəti əsrin əvvəlində 20 ilə 52 santimetr arasında dəyişirir, yeni məlumatlar isə cəmi 5-9 santimetr, gözləniləndən təxminən 4-6 dəfə aşağı olduğunu göstərir.
Elmi işin müəlliflərinin fikrincə, proqnozun düzgünlüyü son 10 ildə elmdə əldə olunan əhəmiyyətli irəliləyişlərlə bağlıdır.
"Daha yaxşı modellər, təkmilləşdirilmiş hesablama gücü və geoloji proseslərin daha yaxşı başa düşülməsi sayəsində mantiya boyunca tektonik plitələrin hərəkətini xəritələşdirmək qabiliyyətimiz inqilab edib", deyə tədqiqatçılardan biri olan Dr. Mark Hoqard bildirib.
Aydın
Şərhlər