Ayın ən tam və əhatəli geoloji xəritəsini tərtib etmək üçün uzun illərlə davam edən işlər, habelə "Apollon”un əvvəlki missiyalarının məlumatları və Ay səthində bir çox təzə kartoqrafik məlumatlar lazım olub.
Qaynarinfo xəbər verir ki, xəritə 1: 5,000,000 miqyasında inanılmaz bir detala malikdir. Hazırda istəbilən şəxs xəritəni pulsuz yükləyə bilər.
Ayın detallı bir geoloji xəritəsi ABŞ Geoloji Tədqiqatı (USGS), NASA, Ay və Planetar İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanıb. Layihə peyklərdən alınan müasir məlumatlarla tamamlanan altı köhnə "Apolon” missiyasının bölgə xəritələrinə əsaslanır. Layihə iştirakçıları uyğunsuzluqları mütəxəssislər və ictimaiyyətlə müzakirə etməyə hazır olduqlarını bildirib.
Ayın hərtərəfli və detallı geoloji xəritəsini yaratmaqda məqsəd gələcək kosmik, o cümlədən idarə olunan missiyaları planlaşdırmaq üçün bir mənbə əldə etməkdir. Həmçinin xəritə Yerdəki elm adamlarına Ay səthində təcrübələr aparmağa kömək edəcək və yeni fikirlərin ortaya çıxmasına təkan verəcək.
Bundan əlavə, ABŞ korporasiyaları Ayda mineral kəşfiyyatları planlaşdırmağa imkan verən bu əsas sənəddən istifadə edəcəklər. Bildiyiniz kimi, aprelin 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı fərmana əsasən, ABŞ-a Ayda və Günəş sisteminin planetlərində minerallar hasil etmək üçün üstünlük hüququ verilib. Ancaq bu xəritələr olmadan heç nə planlaşdırmaq mümkün deyil.
Xəritəni tərtib edərkən pikseli 60-100 metr arası olan detallı peyk şəkillərindən istifadə edilib (keyfiyyyət ekvatorda daha yüksək, qütblərdə daha az olub). Yeni xəritədə əvvəllər ayrı-ayrı parçalar halında olan bütün sahələr bir-biri ilə bağlanıb və əlaqələndirilib.
Alpər