Balıqların müntəzəm istifadəsi ilə yoğun bağırsaq xərçənginə tutulma riski azalır.
Qaynarinfo "Cursorinfo”ya istinadla xəbər verir ki, bu haqda həkimlər bildiriblər.
Mütəxəssislər 476160 könüllünün iştirakı ilə genişmiqyaslı bir iş aparıb. 15 il müddətində bu insanların pəhriz vərdişləri və onun sağlamlığa təsiri öyrənilib.
Bu dövrdə 6291 iştirakçı yoğun bağırsağın xərçənginə tutulub. Eyni zamanda həftədə orta hesabla üç dəfə balıq yeyənlər (təxminən 359.1 qram) kolorektal xərçəng inkişaf riskini həftədə yalnız bir dəfə (təxminən 63.49 qram) balıq yeyənlərə nisbətən 12 % azalda biliblər.
Alimlər qızıl balıq və ton balığı kimi yağlı balıqların rasiona daxil edilməsini məsləhət görüblər. Bu balıqların tərkibindəki turşular beynin böyüməsi və normal işləməsi və bir çox metabolik proses üçün vacibdir.
Alpər