Xəbər lenti

Alimlərdən xəbərdarlıq: Aclıq olacaq
Dünya11:11 21.06.2016

Alimlərdən xəbərdarlıq: Aclıq olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Britaniyanın Lids Universitetinin alimləri xəbərdarlıq edirlər ki, iqlimin dəyişiklikləri 10 ildən sonra Yer üzündə aclıq yarada bilər.

Qaynarinfo.az Azərtac-a istinadən bildirir ki, mütəxəssislər torpaq və havanın temperaturunun qarğıdalının artım dövrünün müddətinə necə təsir etdiyini araşdırdıqdan sonra bu qənaətə gəliblər. Britaniya iqlimşünasları inanırlar ki, qarğıdalının məhsuldarlığının kəskin şəkildə aşağı düşməsi qlobal istiləşmə ilə əlaqədardır. Bu isə Afrikada ərzaq böhranına səbəb ola bilər. Hətta 2030-ci ildə dünyanı ərzaq çatışmazlığı ilə üz-üzə qoya bilər. Temperaturun artması həm də toplanan biokütlənin miqdarının azalmasına və dənli bitkilərdə vegetativ dövrünün müddətinin dəyişməsinə gətirib çıxarır.

Quraqlığın təsirini və su çatışmazlığını nəzərə alan mütəxəssislər iqlim modeli hazırlayıblar. Bunun sayəsində alimlər qarğıdalının məhsuldarlığın dəyişməsini qiymətləndiriblər. Məlum olub ki, 2030-cu ildə "qara qitənin" əksər dövlətlərində bu dənli bitki tamamilə yox ola bilər.

Qaynarinfo.az