Xəbər lenti

Alkoqoldan kütləvi zəhərlənmə: 5 nəfər öldü, 5 nəfər komada
Dünya15:14 18.12.2016

Alkoqoldan kütləvi zəhərlənmə: 5 nəfər öldü, 5 nəfər komada

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın İrkutsk vilayətində alkoqollu içkidən kütləvi zəhərlənmə baş verib. Bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, 10 nəfər alkoqollu içkidən zəhərlənib. Onlardan 5-i ölüb, 5 nəfər isə komadadır.
"Tibbi mütəxəssislərin ilkin rəyinə görə, zərərçəkənlər naməlum zəhərdən kəskin kimyəvi zəhərlənməyə məruz qalıblar. Onların hamısı bir gün əvvəl spirt tərkibli surroqat maye istifadə edib", - deyə Səhiyyə Nazirliyinin məlumatında bildirilir.
Nazirliyin məlumatına görə, hazırda onlardan 5-i komadadır. Zərərçəkənlərə tam tibbi yardım göstərilir. Zəhərlənənlərin müalicəsinə İrkutsk Toksikoloji Mərkəzinin baş toksikoloqları və narkoloqları cəlb edilib.(Publika.az)
Qaynarinfo.Az