Xəbər lenti

“Allahu Əkbər” qışqıran şəxsi dəlixanaya saldılar - VİDEO
Dünya06:08 08.01.2014

“Allahu Əkbər” qışqıran şəxsi dəlixanaya saldılar - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qvineyalı Məmmədi “Kəskin Şizofreniya” diaqnozu ilə Psixiatrik Xəstəxanaya göndəriblər


Naməlum kişi Milad bayramı ərəfəsində Moskvada, Qırmızı Meydanda Kazan kilsəsinin damına çıxaraq “Allahu Əkbər” qışqırıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, həmin şəxsin kimliyi araşdırıldıqdan sonra məlum olub ki, bu qvineyalı Məmməd Hassimau Barridir.

Rusiya mətbuatı Məmmədin dama çıxdıqdan sonra orada çalışan 2 işçini aşağı atdığını da iddia edir. Buna görə də, onu “Kəskin Şizofreniya” diaqnozu ilə Psixiatrik Xəstəxanaya göndəriblər.

Bundan başqa, Məmmədin damdan “Allahu Əkbər” qışqırması təxribat kimi qiymətləndirilib.


Qaynar.info