İspaniya La Liqa-sının 12-ci turu çərçivəsində "Real" "Jirona" ilə qarşılaşıb.
Qaynarinfo xəbər verir ki, 1:1 hesabı ilə bitən görüşdə Toni Kroos karyerasının ilk qırmızı vərəqəsi ilə üzləşib. Belə ki, qarşılşamanın 90+1-ci dəqiqəsində alman futbolçu ikinci sarı vərəqədən sonra meydanı tərk edib. 32 yaşlı Kroos 15 illik peşəkar futbolçu karyerasında ilk dəfə meydandan qovulub.
La Liqada məğlubiyyətsiz titulunu qoruyub saxlayan yeganə komanda olan "Real" çempionluq yarışında gözlənilməz xal itkisi ilə üzləşib. Buna baxmayaraq 32 xala malik Madrid klubu ən yaxın rəqibi "Barselona"nı (31) qabaqlayaraq liderliyini davam etdirir.
Səbuhi Həsənov