Xəbər lenti

Alman tayfaları Roma ordusuna qarşı psixotrop maddələrin təsiri altında döyüşüblər - ARAŞDIRMA
Dünya 23:35 03.12.2024

Alman tayfaları Roma ordusuna qarşı psixotrop maddələrin təsiri altında döyüşüblər - ARAŞDIRMA

Maria Kuri-Sklodovska Universitetinin tədqiqatçıları alman tayfalarının döyüşlərdən əvvəl döyüş stimullaşdırıcılarından istifadə etdiklərinə dair dolayı sübutlar aşkar ediblər. Bu arxeoloji tapıntılar III-V əsrlərə, yəni gec Roma imperiyası dövrünə aiddir. 

Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri "Praehistorische Zeitschrift" (PRHZ) elmi jurnalında dərc olunub.

Tədqiqat zamanı alimlər uzunluğu 4-7 santimetr, diametri isə 1-2 santimetr olan kiçik qaşıq formasında 241 artefaktı araşdırıblar. Bu artefaktların bir çoxunun tutacaq hissəsi olub və kəmərdə daşındığı güman edilir. Onlar Skandinaviya, Almaniya və Polşa ərazilərindəki bataqlıqlarda və qəbiristanlıqlarda tapılıb.

Tədqiqatçılar bu alətlərin döyüşçülərin performansını artırmaq məqsədilə narkotik maddələrin qəbulunda istifadə oluna biləcəyini irəli sürüblər. Alimlərin araşdırmalarına əsasən, alman tayfaları xaş-xaş, çətənə, belladona, beyən və bəzi halüsinogen göbələklər də daxil olmaqla, müxtəlif təsiredici maddələrdən istifadə edə biliblər. Bu maddələr toz şəklində və ya su və ya spirtlə qarışdırılaraq qəbul edilib.

Araşdırmanın nəticələri göstərir ki, Şimali Avropadakı alman tayfaları arasında bu cür stimulyatorların istifadəsi geniş yayılmış ola bilər. Bundan başqa, alimlər belə stimulyatorların istehsalı və təchizatı üçün yüksək səviyyəli təşkilatlanma və biliklərin tələb olunduğunu vurğulayıblar.

Tədqiqatçılar həmçinin qeyd ediblər ki, bu maddələr yalnız döyüşlər üçün deyil, həm də tibbi və mistik ayinlərdə istifadə edilə bilərdi.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->