Almaniya ilk dəfə olaraq Ukraynaya Hollandiyadan gələcək silahların tədarükünə icazə verib.
Qaynarinfo "Politico"ya istinadən xəbər verir ki, Almaniya indiyədək öldürücü silahların münaqişə zonalarına ötürülməsinə mane olmaq üzrə uzunmüddətli təcrübəni qoruyub.
Xüsusilə, iki Aİ rəsmisinin bildirdiyinə görə, Almaniya Hollandiyaya Ukraynaya 400 ədəd tank əleyhinə qumbaraatan göndərməyə icazə verib.
Qərar AB və NATO müttəfiqlərinin təzyiqləri fonunda Berlinin müdafiə siyasətində dramatik dəyişiklikdir.
Almaniyanın qərarı bir çox Qərb müttəfiqlərinin Ukraynaya daha çox silah, sursat və hətta hava hücumundan müdafiə sistemləri göndərdiyi bir vaxta təsadüf edir.
Alpər