Almaniya əks-kəşfiyyatının keçmiş rəhbəri Hans-Georq Maassen yeni Werteunion Partiyasını (Dəyərlər İttifaqı) yaradıb.
Qaynarinfo "Reuters"ə
istinadən xəbər verir ki, bu, 2024-cü ildə Almaniyada yaradılan üçüncü partiyadır.
Hans-Georq Maassen fevralın 17-də yeni partiyanın yaradıldığını elan edib və tərəfdarları ilə ilk qurultayı keçirib. Görüş Bonn yaxınlığındakı Reyn çayında bir gəmidə baş tutub.
Dəyərlər İttifaqı ifrat sağçı Almaniya üçün Alternativ (AfD) ilə siyasi məkan uğrunda mübarizə aparmaq niyyətindədir. Maassen AfD ilə mümkün əməkdaşlığı inkar etmir, lakin o, koalisiya ehtimalını istisna edib.
Hans-Georq Maassen ifrat sağçı təşkilatların təhdidlərinə məhəl qoymamaq iddialarına görə 2018-ci ildə Almaniyanın Konstitusiyanın Müdafiəsi İdarəsinin (BfV) rəhbəri vəzifəsindən qovulub. Rəsmi berlin Xemnits şəhərində millətçilərin miqrantları ələ saldığını göstərən videonun həqiqiliyini şübhə altına alıb.
Aydın