Xəbər lenti

Almaniya müxalifəti işsiz ukraynalı qaçqınların ölkədən qovulmasını tələb edir
Dünya 16:00 23.06.2024

Almaniya müxalifəti işsiz ukraynalı qaçqınların ölkədən qovulmasını tələb edir

Bundestaqda Bavariya müxalifət partiyası CSU-nun sədri Aleksandr Dobrindt işsiz ukraynalı qaçqınların Almaniyadan çıxarılmasına çağırıb.

Qaynarinfo xəbər verir ki, o, bu barədə Bild-ə müsahibəsində deyib.

Dobrindt hesab edir ki, ukraynalı qaçqınlar iş tapmasalar, Almaniyadan qovulmalıdırlar:

"Müharibənin başlanmasından iki ildən çox vaxt keçdikdən sonra indi prinsip tətbiq edilməlidir: Almaniyada işə düzəlmək və ya Ukraynanın qərbindəki təhlükəsiz bölgələrə qayıtmaq”.

Müxalifətçi siyasətçi Almaniyada həddindən artıq çox insanın vergi ödəyiciləri hesabına sosial yardım almasını da tənqid edib.

"Bizim sığınacaq axtaranlar üçün məşğulluq məsələsində daha güclü əməkdaşlıq öhdəliklərinə ehtiyacımız var. İş formasında təklif olmalıdır və bu inteqrasiya xidmətinin bir hissəsi olmalıdır", - Dobrindt bildirib.

Müxalifətçinin tələbi hökumət koalisiyasının nümayəndələri tərəfindən kəskin tənqid edilib. Sosial Demokratlar Partiyasının parlament fraksiyasının sədr müavini, kansler Şolts Dirk Wiese Bild-ə müsahibəsində bildirib ki, CSU bu cür tələblərdən utanmalıdır və "adından xristian anlamına gələn "X” hərfini birdəfəlik çıxarmaq lazımdır”.

"(Rusiya lideri Vladimir) Putin bütün Ukraynadakı hədəfləri bombalamağa davam edir. İndi Dobrindt həm də cəbhədə valideynlərini itirmiş ola biləcək qadın və uşaqları da ora göndərmək istəyir", - o deyib.

Eyni zamanda, hökumət koalisiyasına da daxil olan Yaşıllar Partiyasının lideri Omid Nuripur da Dobrindtin təklifini tənqid edib:

"Ukraynalıların sosial yardım üçün bizə müraciət etməsi ilə bağlı eyham vuranlar Putinin müharibəsinin dəhşətindən xəbərsizdir”.

Daha əvvəl bildirilmişdi ki, ukraynalıların Almaniyanın əmək bazarına sürətləndirilmiş inteqrasiyası proqramı çərçivəsində Jobturbo təxminən 33 min insanı cəlb edə bilib - Almaniya hökumətinin gözlədiyindən altı dəfə az.

Almaniyanın federal əmək naziri Hubertus Heil işəgötürənləri hələ alman dilini lazımi səviyyədə öyrənməyən, lakin bu dildə elementar biliyə malik ukraynalı qaçqınları işə götürməyə çağırıb.

Xatırlatmaq istərdik ki, bir gün əvvəl Almaniyada bir sıra siyasətçilər ölkədəki ukraynalı qaçqınlar üçün standart işsizlik yardımının – "vətəndaşlar üçün pul” (Bürgergeld) adlanan yardımın ləğv edilməsinə çağırıblar.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->